ammiak sintezi

ру синтез аммиака en ammonia synthesis de Ammoniaksynthese fr synthèse d'ammoniac es síntesis de amoniaco it sintesi d'ammoniaca
ammiak
ammonium
OBASTAN VİKİ
Lüminoforların sintezi
Qanç sintezi
Qanç sintezinin klassik variantı simmetrik əvəz olunmuş 1,4 divdropiridinin alınmasına gətirib çıxarır. Bu zaman 1,3-dikarbonil birləşməsinin 2 ekvivalenti istifadə edilir. Aldehid molekulunun karbonil atomu piridin tsiklinin C(4) atomuna çevrilir. Qanç sintezində mərhələlər ardıcıllığı tam dəqiq müəyyən edilməmişdir və bu vəziyyət hər halda fərqli ola bilər. Məsələn ammonyak qrupunun əvvəlki və sonrakı proseslərdə içtirakı mümkündür. Mərhələlərin rasional ardıcıllığı aldol kondesasiyasına gətirib çıxarır ki, bu da Mixael riaksiyasını sübut edir və 1,5 dikarbonil birləşməsinin meydana gəlməsinə səbəb olur. Qanç metodu ilə alınmış 1,4- dihidropiridinlər hər β- vəziyyətdə qarışıqlıq qabiliyyəti olan əvəzedicilər saxlayır. Bu da onun sabit qalmasını o dərəcədə təmin edir ki, onları nəinki ayırmaq, hətta oksidləşdirərək piridinin aromatik törəmələrini almaq olar.1,4-dihidropiridinlərin dehidrogenləşməsinin klassik metodları azot turşularının tətbiqinə əsaslanır: bu çevrilmə ammonium nitratın seriyum (IV), montmorillonitin mis (II) nitrat və ya bentonitin manqan dioksidini istifadə edərək həyata keçirilə bilər. Simmetrik olmayan dihidropiridinləri Qanç sintezi ilə iki mərhələdə almaq olar: belə ki, başlanğıc olaraq aldol kondensasiyasını sintez edərək, ona ammonyakla və 1,3 dikarbonil birləşməsi və ya enominoketonla təsir etmək olar. Qanç metodu ilə piridinin və ya dehidropiridinin sintezi aldehid, məsələn formaldehid, 2 ekvivalentli beto-keto mürəkkəb efir, məsələn, asetosirkə turşusunun etil efiri, azot donoru, məsələn ammonium asetat və ya ammonyak ilə çoxkomponentli üzvi reaksiyasına əsaslanır.
Knorr xinolin sintezi
Knorr xinolin sintezi -sulfat turşusundan istifadə edərək, β-ketoanilidi 2-hidroksixinolinə çevirən molekuldaxili üzvi reaksiyadır. Bu reaksiya ilk dəfə 1886-cı ildə Lüdviq Knorr (1859–1921) tərəfindən müəyyən edilmişdir.[1] Reaksiya suyun ayrılması ilə müşayiət olunan elektrofil aromatik əvəzetmə reaksiyasıdır. 1964-cü ildə aparılan tədqiqat işi müəyyən reaksiya şərtləri ilə 4-hidroksixinolinin sintezinin rəqabətli reaksiya olduğunu müəyyən etdi.[2] Məsələn, benzoilasetanilid (1) birləşməsi çox miqdarda polifosfor turşusunda (PFT) 2-hidroksixinolin (2), lakin PFT-un miqdarı az olduqda 4-hidroksixinolin (3) əmələ gətirir. Reaksiya mexanizmi həlqəni bağlaya bilən artıq turşuya malik N, O-dikationik aralıq A-nı və monokationik aralıq B-ni əks etdirir. Anilin 4-hidroksixinolin əmələ gəlməzdən əvvəl benzoilasetanilidin digər bir ekvivalenti ilə reaksiyaya daxil olur. 2007-ci ildə aparılan bir araşdırma ilə [3] reaksiya mexanizmi yenidən nəzərdən keçirildi, NMR spektroskopiyası və nəzəri hesablamalara əsaslanaraq, N, O dikationik aralıq məhsula nisbətən O, O-dikationik aralıq məhsula (superelektrofil) üstünlük verilmişdir. Reaksiya üçün triflüormetansulfoturşu tövsiyə olunur: == İstinadlar == ^ Synthetische Versuche mit dem Acetessigester Justus Liebig's Annalen der Chemie Volume 236, Issue 1–2, Date: 1886, Pages: 69–115 Ludwig Knorr doi:10.1002/jlac.18862360105 ^ The Conversion of Benzoylacetanilides into 2 — and 4-Hydroxyquinolines B. Staskun J. Org. Chem. 1964; 29(5); 1153–1157. doi:10.1021/jo01028a038 ^ Knorr Cyclizations and Distonic Superelectrophiles Kiran Kumar Solingapuram Sai, Thomas M. Gilbert, and Douglas A. Klumpp J. Org.
Kürd-islam sintezi
Kürd-islam sintezi (kürd. کوردایەتی ئیسلامی ) və ya kürd-islam milliyətçiliyi — kürd milliyətçiliyini islamizmlə birləşdirən dini millətçiliyin forması. == Tarixi == İdeologiya Osmanlı xilafətinin ləğvi və Türkiyənin yaradılmasından sonra ortaya çıxmışdır. Bu, kürdləri qəzəbləndirən iki hadisə idi. Atatürkün islahatları səbəbindən mədəniyyətlərinin, dinlərinin, dillərinin və xalqlarının təhlükə altında olduğunu hiss edən bir qrup kürd kürd-islam milliyətçiliyinə üz tutmağa başlamışdı. Molla Krikar kimi daha ifrat islamçı kürdlərdən biri də müəyyən dərəcədə millətçiliyə malikdir. Bəzi videolarda Molla Krikar kürd problemlərindən və kürdlərin müstəqilliyini dəstəkləməkdən danışır. Baxmayaraq ki, bunu həmişə islam ekstremizmini qoruyub saxlamaqla edir. Onun siyasi mövqeyi "bir gün siyasi və millətçi bəyanatlar, bir gün cihadçı bəyanatlar" kimi təsvir edilib. Molla Krekar həm də populistdir və onun İraq Kürdüstanında populyarlığı 2017–2019-cu illər arasında, xüsusən də kürd hökumətinə qarşı olan gənclər arasında artmışdır.
Türk-islam sintezi
Türk-islam sintezi (türk. Türk-İslam sentezi) və ya türk-islam milliyətçiliyi (türk. Türk-İslam milliyetçiliği) — Türkiyə millətçiliyi ilə islamçılığı birləşdirən dini milliyətçilik növü. İdeologiya ilk olaraq Soyuq müharibə dövründə Türkiyədə Amerikanın dəstəklədiyi sağçı ziyalılar tərəfindən ölkədə Sovetin dəstəklədiyi solçu təsirinin artırılması ilə bağlı Gladio əməliyyatının bir hissəsi kimi yaradılmışdır. Türk-islam milliyətçiliyi tez-tez milliyətçiliyi günah hesab edən islamçılar, dini əhəmiyyətsiz hesab edən dünyəvi türk milliyətçiləri, həmçinin Türkiyədəki azlıq hüquqlarını qoruyan müxtəlif təşkilatlar və fəallar tərəfindən tənqid edilir.